Stasionar və onlayn reabilitasiya xidmətləri

post-img

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin yanvar–iyun aylarında 18 yaşadək əlilliyi olan 8 min 227 nəfərə reabilitasiya xidmətləri göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 4 min 504 nəfərinə ambulator, 835 şəxsə stasionar, 2525 nəfərə onlayn, digərlərinə isə sosial–psixoloji, səyyar və digər formalarda reabilitasiya xidmətləri göstərilib.

Qeyd edək ki, Bakı və Qəbələdə 18 yaşadək əlilliyi olanları bərpa xidmətləri ilə təmin edən 3 uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir.

Hazırda həmin kateqoriyadan olan uşaqların reabilitasiya infrastrukturunun genişləndirilməsi sahəsində Şəmkirdə 25 çarpayılıq uşaq reabilitasiya mərkəzinin tikintisi davam etdirilir, Quba və Ağcabədidə isə yeni mərkəzlərin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Zərifə HÜSEYNOVA, 

“Xalq qəzeti” 

Sosial həyat