Əlillik təyinatının şərtləri asanlaşıb

post-img

Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında” qərar qəbul edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin qərarda əlilliyə əsas verən meyarların sayı artırılaraq 563-dən 590-a çatdırılıb.

Dəyişikliklərə əsasən, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizi, bəzi nüanslar üzrə isə orqanizmin funksiyalarının pozulması müddəti artırılıb və ya “müddətsiz” olaraq qeyd olunub. Həmçinin 18 yaşadək birinci tip şəkər xəstəliyi olan uşaqlarda ağırlaşmalarla bağlı tələb, əqli geriliyi olan 8 yaşadək uşaqlarda IQ test tələbi aradan qaldırılıb.

Bundan başqa, genetik, eyni zamanda, xromosom anomaliyalı xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulma faizinin minimum həddi artırılaraq 65 faiz və daha yüksək olaraq müəyyənləşdirilib.

Zərifə HÜSEYNOVA, 

“Xalq qəzeti” 

Sosial həyat