Ağcabədinin bolluq yaradılan günləri

post-img

Ölkənin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan verib. Ağcabədi bu sahədə fərqlənən rayonlardan biridir. Bölgənin pambıqçılıq sahəsində xüsusi təcrübəsi, gərəkli ənənələri var. Əlverişli təbii iqlim şəraiti uğurları artırmağa imkan verir. Bu il rayonda 1514 nəfər istehsalçı ilə emal müəssisələri arasında müqavilə bağlanıb. Sifarişə əsasən, 11 min 492,7 hektar ərazi şumlanıb, çiyid səpini həyata keçirilib.

Pambıq sahələrindən bol məhsul gözlənir. Çünki düzgün aqrotexniki qulluq aparılıb, zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizə təşkil edilib. Fermerlər gübrə və pestisid və keyfiyyətli toxum ve­rilib. Bundan başqa, 2023-cü il üçün sub­sidiya əmsalları barədə qəbul olunmuş qərara əsasən pambığa görə məhsul subsidiyasının qiyməti hər ton üçün 180 manat təyin olunub. Cənab Prezidentin tapşırığı və tövsiyələrinəəsasən pambıq istehsalı və emalı ilə məşğul olan şirkət­lər tərəfindən pambığın alış qiymətiat artırılaraq 1-ci sort üçün 800 manat, 2-ci sort üçün 780 manata çatdırılıb. Pambı­ğın ixrac potensialı yüksək olduğundan kifayət qədər alıcısı var. 

Xatırladaq ki ötən il də Ağcabədidə yüksək məhsul əldə edilib. Ağcabədi rayonunda 11 min 838,6 hektar sahədə çiyid səpini aparılıb, bu da əvvəlki illə müqayisədə 7, 6 faiz çox idi. Sahələrdən 40 min 362,6 ton xam pambıq tədarük edilib. Hər hektardan orta məhsuldarlıq 34,1 sentner təşkil edib. Bu respublika göstəricisindən 4,2 sentner çox idi. 

Ağcabədi həm də buğda üzrə ixtisas­laşmış rayonlarımızdan biridir. Torpaq mülkiyyətçiləri 2023-cü ildə 26 min 664,2 hektar sahədə taxıl becəriblər. Onun 19 min 514,2 hektarı buğda, 7150 hektarı arpadır. Taxıl biçininə, ümumilikdə rayon üzrə 56 taxılbiçən kombayn cəlb edilib. Bunun 27-si “Aqroservis” ASC-yə məx­sus, 8 ədədi fiziki şəxslərin və iri təsərrü­fat sahiblərinin istifadəsində olan, 21-i isə digər rayonlardan gəlmiş texnikadır.

Hazırda rayonun taxılçıları biçini da­vam etdirirlər. Bu günədək 26 min 654 hektar sahədə biçin aparılıb, 120 min 663 ton məhsul əldə olunub. Hər hekta­rın orta məhsuldarlığı 45,4 sentner təşkil edir. 

Məhsuldarlıq ötən ilin orta göstərici­sindən buğda üzrə 5, 53 sentner, çox­dur. Yüksək nəticəyə sahələrə arotexniki qaydada xidmət göstərilməsi, sertifikatlı toxumun seçilməsi, taxılın vaxtında su­varılması, kübrənin verilməsi təsir edib. Nəticəyə təsir edən faktorlardan biri də Ağcabədidə böyük həcmli təsərrüfatların yaradılmasıdır. Bu təsərrüfatların poten­sialı daha böyükdür.

 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat