Səhərlər çörək yemək piylənmə yaradır

post-img

İsrail həkimləri karbohidratlarla zəngin səhər yeməyinin neqativ təsirlərindən söz açıblar. Onlar insanlara səhər yeməyində çörək və digər un məmulatlarından uzaq durmağı tövsiyə ediblər. Bildiriblər ki, səhər yeməyində bulka, kurasan, buterbrod yemək gün ərzində qanda şəkərin səviyyəsini qaldırır.

Mütəxəssislər, həmçinin səhərlər bol karbohidrat qəbulunun piylənməyə və iş fəaliyyətinə mənfi təsirindən danışıblar. Məsələ ondadır ki, karbohidratlar insanda dofomoin adlı kimyəvi birləşmənin ifrazına kömək edir . Bu da çəki artırmağa səbəb olur. 

Həkimlər bildirirlər ki, səhərlər bulka, kurasan kimi məmulatar yeyənlərdə insulinə həssaslıq azalır, nəticədə, qanda şəkər artır. Doyma hissi yaradan leptinə də həssaslıq azalır, insan nə qədər yediyinin fərqində olmur.

Karbohidratlar, həm də qanda qlükozanı artırır, endokrin sistemə təsir edir. Bu da öz növbəsində mədəaltı vəzin funksiyasın pozur. 

İsrailli mütəxəssislərin fikrincə, şəkərlə bağı simptomlara daim diqqət yetirmək lazımdır ki, problem yaranmasın. Gecələr yeməyə vərdiş edənlərdə də gizli diabet yarana bilər.

 

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

 

Sosial həyat