Goranboyda 14 iyulla bağlı tədbir

post-img

         Goranboyda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “14 iyul 1969 cu il - Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi ilə müasir və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün“ mövzusunda konfrans keçirilmişdir.

          Konfrans iştirakçıları əvvəlcə  Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etmişər.

         RİH başçısı Məhərrəm Quliyev demişdir ki, Ümummilli Lider Heydər Əliyev xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. 

         Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub.  XX yüzilliyin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə ittifaq miqyasında sonuncu yerlərdən birində idi. Bu acınacaqlı vəziyyətə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra son qoyulmasına başlandı.         1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil oldu.

         Konfransda çıxış edən natiqlər də 1969-cu ilin 14 iyulunu xalqın taleyinə yazılmış işıqlı bir günün başlanğıcı kimi qiymətləndirdilər.

 

               Hamlet Qasımov, 

“Xalq qəzeti”nin bölgə müxbiri









Sosial həyat