Portağalın qabığı da faydalıdır

post-img

Ölkəmizdə də sitrus meyvələrindən geniş istifadə edilir. Çaya bir dilim limon əlavə etməyi və ya portağal yeməyi çoxumuz xoşlayırıq. Bununla da immuniteti gücləndiririk. 

Ancaq az adam bilir ki, sitrus qabı­ğından da istifadə edilə bilər. Məsələn, sitrus qabığından əla hava təravətlən­diricisi hazırlamaq olar. Bunun üçün ona bir az mixək əlavə etmək kifayət­dir. Sonra onu çantaya və ya qutuya qoyub paltar rəfində saxlamaq və ya avtomobilə asmaq olar. 

Mətbəxdəki lövhələrin üzərinə bir az duz səpib portağal qabığı ilə yax­şıca sürtməklə pis qoxulardan da xilas ola bilərsiniz. Qabıqdan həşəratları qovmaq üçün də istifadə etmək müm­kündür. O, yaxşıca xırdalanmalı, əzil­məli və yanınızda saxlanmalıdır. Bun­dan sonra ağcaqanadlar sizi narahat etməyəcək.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Sosial həyat