İstidə nə yeyək, nə içək?

post-img

Bir çox insan istilərin başlaması ilə daha az aclıq hiss etdiyini, daha çox tərəvəz və meyvə yemək istədiyini bildirir. Bu, bədənin hava dəyişikliklərinə reaksiyasıdır. 

Bəs isti havalarda susuzluğa və həddindən artıq istiliyə səbəb olan qi­dalar hansılardır? 

Alkoqol.Bu içkilər isti havada ar­zuolunmazdır, spirtin zəhərli təsiri artır. 

Diretik məhsullar. İsti havalarda alkoqoldan əlavə, sidikqovucu xüsu­siyyətləri olan giləmeyvə və meyvələr, qulançar, şüyüd, kərəviz, qazlı içkilər çox zəruri olan suyu bədəndən çıxa­rırlar. 

Ət. İsti havalarda orqanizm üçün proteini həzm etmək çətinləşir. Züla­lın həzmi zamanı çoxlu istilik ayrılır, bunun sayəsində bədənin hərarəti yüksəlir. 

Dondurma və soyuq içkilər. İsti günlərdə dondurma və soyuq içkilər xoş sərinlik hissi verir, lakin bu təsir qısamüddətli olur. Bədən soyuq içkiyə temperaturun sürətlə artması ilə reak­siya verir, buna görə də biz sanki içə­ridən “qızırıq”. Həkimlər içki içməzdən əvvəl qısa müddətə otaq temperatu­runda saxlamağı məsləhət görürlər. 

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Sosial həyat