Bayram süfrəsi ünsiyyət məktəbidir

post-img

Bir çox ailələr bayramları birgə ziyafətlə qeyd edirlər. Bu adət dərin rəmzi məna daşıyır. Valideynlər və uşaqlar yeməkdən və ünsiyyətdən həzz alır və birlikdə şənlənirlər. 

Bu, özünü bir bütövün hissəsi kimi hiss etməyin təsirli yoludur. Buna görə də ailənin hər bir üzvü bayram süfrə­sinin hazırlanmasına öz töhfəsini ver­məyə çalışır. Birgə yemək hazırlamaq, ailə üzvlərinə xidmət və yeməyin özü ailə bağlarını gücləndirir. 

Və təbii ki, ailə ənənələri xüsusi əhəmiyyət kəsb edir. Bu zaman va­lideynlərin vəzifəsi övladlarına sağ­lam qidalanma vərdişlərini aşılamaq, onlara sağlam və təhlükəsiz qidalar seçməyi öyrətmək, sağlam həyat tər­zi qaydalarına əməl etməyin nə qə­dər vacib olduğunu öz nümunələri ilə göstərməkdir. 

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Sosial həyat