İyulun ilk həftəsi – dünyanın ən isti günləri

post-img

İyulun ilk həftəsində Yer kürəsində bütün meteoroloji müşahidələr tarixində rekord yüksək temperatur qeydə alınıb. Bu barədə Ümumdünya Meteorologiya Təşkilatı məlumat yayıb. 

Bildirilib ki, iyulun 4-cü və 7-ci günlərində orta tem­peratur, təxminən, 17,2 dərəcə selsi olub. Bu, istiləşmə effekti ilə tanınan El Nino təbiət hadisəsinin baş verdiyi 2016-cı ilin avqustunda qeydə alınan əvvəlki rekorddan 0,3 dərəcə yüksəkdir. 

Avropa Kopernik İqlim Dəyişikliyi Xidməti dəniz sət­hində dünyanın ən isti gününü qeydə alıb. 

“Xalq qəzeti”

Sosial həyat