Hava sabit keçəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeo­rologiya Xidmətinin verdiyi məlumata əsasən iyulun 12-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu ola­caq. Əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 20-24°, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 50-60 faiz olacaq.

Abşeron çimər­liklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24- 25° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.Azərbaycanın rayonlarında əsasən yağ­mursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 30-35°, dağlarda gecə 10- 15°, gündüz 16-21° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya