“Med-PaLM” həkimləri əvəz edə biləcəkmi?

post-img

“Google” tibbi süni intellekt çatbotunu xəstəxanalarda sınaqdan keçirməyə başlayıb. 

Tibbi məlumatlarla bağlı suallara ca­vab vermək üçün nəzərdə tutulmuş süni intellekt vasitəsi “Med-PaLM” adlanır. Yeni texnoloji qurğu aprelin 2-dən eti­barən “Mayo Clinic” tədqiqat xəstəxan­sında sınaqdan keçirilir. Bu texnologi­yanın köməyi ilə sağlamlıq xidmətlərini bütün dünyaya çatdırmaq mümkün ola­caq. 

Lakin hələ də bu sahədə çatışmaz­lıqlar özünü göstərir. Tədqiqat zamanı digər həkimlərdən fərqli olaraq, “Goog­le”un “Med-PaLM” texnologiyasının ver­diyi cavablarda qeyri-dəqiq məlumatlar aşkar edilib. Buna baxmayaraq, “Med- PaLM” bir sıra tibbi məsələlərdə real həkimlər kimi də çıxış edə bilib. 

F. SALMANOVA, “Xalq qəzeti”

Dünya