“Threads” və “Twitter” rəqabətdə

post-img

“Threads” platforması 5 gün ərzində 100 milyon istifadəçiyə çatıb. Digər tərəfdən isə “Twitter” şirkəti proqramın istifadəsində artım olduğunu iddia edib. Bəs bu iki rəqib platforma arasında fərqlər nələrdir? 

“Twitter” və “Threads” platformala­rı arasındakı fərqlərin başlanğıcında paylaşılan yazılarda simvol məhdu­diyyətləri dayanır. Belə ki, “Threads” platformasında bu rəqəm 500 olduğu halda, “Twitter”-də 280-dir. Bundan əlavə, hər iki platformada linklər və fo­toşəkillər paylaşılarkən “Threads”də 5 dəqiqəyə qədər video, “Twitter”-də isə 2 dəqiqə 20 saniyə qədər video yük­ləmək mümkündür.. 

Hər iki proqramda da paylaşılan yazılar hələ ki redaktə oluna bilmir. Bir istifadəçi “Twitter”də başqa bir istifadə­çiyə mesaj göndərə bilsə də, “Threa­ds”də hələlik bu mümkün deyil. Həm­çinin, hələ “Threads”də heç bir reklam yayımlanmayıb. 

Xatırladaq ki, “Meta” şirkəti “Threa­ds” platformasını 6 iyulda istifadəçilərə təqdim edib. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya