İğtişaşlar Fransaya 650 milyon avro ziyan vurub

post-img

Sığorta şirkətləri Fransada baş verən iğtişaşlardan sonra, ümumilikdə, 650 milyon avro məbləğində təzminat üçün müraciətlər alıb. Bu barədə Fransa Sığorta Federasiyası “France Assureurs” məlumat yayıb. 

Bildirilir ki, son həftə ərzində veril­miş ərizələr də daxil olmaqla, sığorta hadisələrinin 55 faizi sahibkarların, 35 faizi isə yerli özünüidarəetmə orqanlarının əmlakına düşür. Fede­rasiyanın məlumatına görə, söhbət zərər çəkmiş 3,9 min obyektdən ge­dir. 

“Xalq qəzeti”

Dünya