Xolesterini 2 saata düşürən nədir?

post-img

Təbii darçın tozu ilə təmiz bal qarışığı infarktın qarşısını alır. Bu ona görə baş verir ki, darçınla bal damarları cavanlaşdırır. 

Pis xolesterini cəmi 2 saata azaldan reseptlə damarları cavan saxlamaq olar. Bunun üçün 450 qram çaya bir çay qaşığı bal və 2 qaşıq təmiz darçın tozu qarışdırıb, gündüz və axşam iç­mək lazımdır. 

Mütəxəssislər bildirirlər ki, bu qarı­şımı içəndə 2 saata qanda xolesterol 10–20 faiz aşağı düşür, gecə də içib yatanda ürək ritmi tənzimlənir. Prose­duru davamlı 2 həftə edib, il ərzində 3 dəfə təkrarlayanlar xroniki ürək-damar xəstəliklərində rahatlıq tapırlar. 

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat