Depressiyanın mənbəyi mədədir

post-img

Depressiya bu gün 300 milyondan çox insanı əhatə edir. Təbabətdə ciddi irəliləyişlərə baxmayaraq, yalnız 3 haldan birində bu bəladan sağalmaq mümkündür. Xəstəliyin geri dönmə şansı isə 50 faiz təşkil edir. 

Alimlər qida və emosional vəziy­yət arasındakı əlaqəni tədqiq edən 41 araşdırma ilə öyrəniblər ki, stresli in­sanlar əlüstü hazırlanan xörəklər ye­dikdə daha çox depressiyaya düşürlər. İnsan nə qədər düzgün, sağlam qidala­nırsa depressiya ilə xəstələnmə riski bir o qədər az olur. 

Aralıq dənizi pəhrizinə mümkün qə­dər yaxın olan insanların depressiyaya düşmə ehtimalı daha azdır. Bu pəhriz çoxlu təzə meyvə, tərəvəz, kartof, lo­bya, qoz-fındıq və toxum yeməkdən ibarətdir. Süd məhsulları da yüksək qiy­mətləndirilib, balıq, ət və qırmızı şərab normada istifadə olunur. 

Sübut olunub ki, Aralıq dənizi ətra­fında yaşayan əhalinin ənənəvi mətbəxi ürək-damar xəstəlikləri riskini 33 faiz, xərçəng riskini isə 24 faiz azaldır. 

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat