Sağlam qida – təmiz qan

post-img

Qanda xolesterin səviyyəsini aşağı salan ayrıca məhsul yoxdursa, narahat olmağa dəyməz. Onun səviyyəsini sağlam və düzgün qidalanma ilə normada saxlamaq mümkündür.

Rusiyalı dietoloq Natalya Qridinanın sözlərinə görə, qanda xolesterinin sə­viyyəsini aşağı salmaq üçün menyuda müxtəlif tərəvəzdən bol istifadə etmək lazımdır. Diqqət etmək lazımdır ki, mi­nerallar az olmasın. Bundan başqa qida rasionuna balıq və qoz da əlavə edilməlidir. Heyvan yağları ilə birlikdə bitki yağlarından istifadəyə də diqqət edilməlidir. Bu, lipoproteinlərin aşağı və yuxarı həddini normada saxlamağa kömək edir. 

Dietoloq yağlı, qızardılmış, hisə ve­rilmiş qidalardan və şirniyyatdan uzaq durmağı da tövsiyə edir. Bildirir ki, bu qidaların qəbulu qanda xolesterinin art­masına səbəb olur. 

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat