Dietoloq Yelena Solomatina treska balığının qara ciyərinin yaşlı insanlarda ürəyin işinə kömək edən ən yaxşı vasitə olduğunu bildirib.
O, deyib ki, məhsulun tərkibində olan yağ turşuları – Omeqa-3 damarların divarlarında xolesterin yığılmasının və ateresklerozun qarşısını alır. Omeqa-3, həmçinin qanın yenilənməsinə kömək edir. Bundan başqa, balığın qara ciyərində olan digər minerallar damarlardakı birləşdirici toxumanı gücləndirir.
Məhsulda, həmçinin PP vitamini olduğunu söyləyən Solomatinanın fikrincə, həkimlər yaşlı insanlara damarlarının işlək vəziyyətdə qalması üçün bu vitamini iynə şəklində tövsiyə edirlər.
Treskanın qara ciyəri paştet formasında gündə 1 çay qaşığı qəbul edilməlidir.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”

