Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, hadisə ilə əlaqədar əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Görülmüş operativ tədbirlər sayəsində yanğının kənd istiqamətində yayılmasının qarşısı alınıb. Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.