Göygöldə maraqlı aksiya

post-img

                 “PMD Hospitality” şirkətinin nəzdində fəaliyyət göstərən “Göygöl Lake Resort” otelinin təşəbbüsü, Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının və Göygöl Milli Parkının birgə təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Dayanıqlı inkişaf tədbirləri” layihəsi çərçivəsində “Plastiksiz iyul” aksiyası keçirilmişdir.

         Adıçəkilən təşkilatın və şirkətin, Milli Parkın əməkdaşlarının iştirak erdiyi aksiyaya könüllülər də qoşulmuşlar. Ətraf məişət tullantılarından təmizlənmiş, abadlıq işləri aparılmışdır.

         Aksiyanın məqsədi hər bir kəsdə təmizliyə riayət olunması kimi vacib keyfiyyətləri özündə aşılamaq, bunu təbliğ etmək, füsunkar  bir qoruğun zibillənməsinin və çirklənməsinin qarşısını almaq, eləcə də təbiətsevərləri ətraf mühitin qorunması uğrunda mübarizəyə yaxından cəlb etmək olmuşdur.

         Aksiya təşkilatçıları nəcib təşəbbüsə həvəslə qoşulan hər bir kəsə dərin təşəkkürünü bildirmiş, hamını ətraf mühitin çirklənməsinin qarşısını almağa çağırmışlar.

 

                        Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 





Sosial həyat