Ağdamda sel fəsad törətməyib

post-img

Son günlər ölkə ərazisində havaların yağıntılı keçməsi Qarabağ çaylarında da suyun səviyyəsini artırıb. Ağdam ərazisindən keçən Xaçınçay və Qarqarçaya da güclü sel gəlib. Baş verə biləcək təhlükəni qabaqlamaq üçün qoruyucu tədbirlər davam etdirilir. 

Xaçınçayın Ağdam ərazisindən keçən hissəsinə su onun üzərində yaradılmış   anbardan gəlir. Tutumu 23 milyon kubmetr olan birinci sututar hazırda tam dolub. Qəza tullayıcısından çıxan su isə Ağdamın yaşayış məntəqələrindən keçərək Kür çayına axır. Güclü selin Qərvənd və yaxın yaşayış məntəqələrinə ziyan vurmaması üçün Ağdam Mexaniki Suvarma İdarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. 

Hazırda Qarqar çayında 30–35 kub­kilometr su var. Xaçınçayda isə bu göstərici 40–45 kubkilometrdir. 

Sel suları rayonda indiyədək heç bir fəsad törətməyib. Su bolluğunu nəzərə alaraq elektrik enerjisinə qənaət etmək məqsədilə Xaçınçay boyunca 28, Qarqar çayı ətrafında isə 41 artezian quyusu dayandırılıb. 

“Xalq qəzeti”

 

Sosial həyat