Bakıda daha bir marşrut avtobusu yenilənir

post-img

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən müsabiqəyə uyğun olaraq, metronun "20 Yanvar" stansiyasını Masazır kəndi (M.S.Ordubadi küçəsi) ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı marşrutda istismar edilən avtobuslar yenilənir.  

XQ xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Məlumata görə, mayın 1-dən sərnişinlərin xidmətinə müasir, böyüktutumlu nəqliyyat vasitələri veriləcək.

Ümumilikdə 10 avtobus 9-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,50 AZN təşkil edir.
 

Sosial həyat