ABŞ xatirələri fotolarda

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ABŞ-dakı səfirliyimiz tərəfindən dünən “Whittemore House” Mədəniyyət Mərkəzində Ulu öndərin bu ölkəyə səfərlərinə həsr edilmiş “ABŞ xatirələri fotolarda. Möhkəm əlaqələrə zəmin yaradarkən” (“U.S. memories in photos. Laying foundation for strong bonds”) adlı fotoalbomun təqdimatı, fotosərgi və konsert təşkil edilib.

Səfir Xəzər İbrahim Ümummilli lide­rin müstəqil Azərbaycan dövlətinin bani­si kimi onun uzaqgörən daxili və xarici siyasəti, xüsusilə də ABŞ-Azərbaycan münasibətlərinin əsasının qoyulmasında və inkişaf etdirilməsində əvəzolunmaz fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ge­niş məlumat verib. O, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qəlbində daimi yaşayacağını və onun Azərbayca­na bəxş etdiyi dövlətçilik mirasının əbədi olacağını qeyd edib.

“Xalq qəzeti”

Sosial həyat