Qərb bölgəsi xəbərləri

post-img

Respublikamızın Qərb bölgəsində su resurslarından səmərəli istifadədən tutmuş, torpağın aqrotexniki qaydalara uyğun şəkildə əkilib becərilməsi, kənd adamlarına texnika, toxum, gübrə verilməsi, məhsulun bazarda satışının təşkilinə kimi bütün məsələlər kompleks şəkildə həyata keçirilir. 

İstər Kənd Təsərrüfatı Nazirliyi, istərsə də digər müvafiq təş­kilatlar, yerli icra strukturları daim kənd sakinləri ilə əlaqə sax­layır, fermerlərin sahələrinə baş çəkir, öz təkliflərini, tövsiyələrini verir, problemlərin həllində onların yardımçısına çevrilirlər.

Bu xəbərlərə nəzər yetirsəniz görəcəksiniz ki, adıçəkilən böl­gədə kənd təsərrüfatının elə bir sahəsi yoxdur ki, həmin sahəyə lazımi diqqət yetirilməsin. Məhz bunun nəticəsidir ki, bölgədə son illər taxılçılığa, meyvəçiliyə, baramaçılığa diqqət xeyli artı­rılıb.

Göygölün meyvəsi 

Bəlkə də, çoxu bilmir ki, “Şirin Aqro” QSC ölkədə eko­loji cəhətdən təmiz, dadlı meyvələr ixrac edən 5 şirkətdən biridir. Göygölün Quşqara kəndində yerləşən müəssisənin istehsal gücü ildə 8 min tondur. 

Təxminən 260 hektar ərazini əhatə edən adıçəkilən şirkət tərəfindən salınmış intensiv meyvə bağında hazırda məhsul yığımı sürətlə davam edir. Burada 100 nəfər daimi, 300 nəfər mövsümi işlə təmin olunub ki, bu da rayonun sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğullu­ğunun təmin edilməsinə öz müsbət təsirini göstərir. Qısa müd­dətdə müxtəlif ölkələrə məhsul göndərib bazarda özünü etibarlı təzə meyvə təchizatçısı kimi tanıdan və təsdiqləyən müəssisə əsasən ispan tezyetişən sortlardan istifadə edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov deyir ki, bu cəmiyyətin kollektivi yüksək məhsuldarlığı özünün peşəkarlığına və işə elmi yanaşmasına görə əldə edir. Sanki xarici ölkələrə məhsul göndərdikcə onların məsuliyyəti daha da artır.

Şəmkirin taxılı 

“Taxıl bu il bol olacaq!” Rayon icra hakimiyyətinin baş­çısı Rəşad Tağıyev kiminlə görüşüb söhbət etdisə, prob­lemləri ilə maraqlandısa, bu sözləri eşitdi. 

Aran ərazilərində taxıl biçininin gedişi ilə yerində tanış olan rayon rəhbərinə məlumat verildi ki, qısa müddət ərzində biçinə başlanılmasına baxmayaraq, ötən illə müqayisədə bu il daha yüksək məhsuldarlıq əldə olunur.

Qeyd edək ki, Şəmkir rayonunda cari ilin məhsulu üçün 15 min 693 hektar ərazidə taxıl əkilib və bunun 9 min 890 hektarı buğda, 5 min 678 hektarı isə arpadır. 

Eyni zamanda, 1395 hektar sahədə şəkər çuğunduru və qarğıdalı əkilib. Rayonda cəmi əkilmiş taxıl sahələrinin 6 min 654 hektarı dəmyə, 9 min 39 hektarı suvarılan sahələrdir. 

İyunun əvvəllərindən başlanan biçin işləri intensiv aparılır. Məhsulun tez və itkisiz yığılması üçün rayonda bütün zəruri təd­birlər görülüb. Maşın-mexanizm, texnika sarıdan qarşıya çıxan ən cüzi çətinlik belə yerli icra strukturlarının köməyi ilə dərhal aradan qaldırılır.

Tovuzun baraması 

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçi­liyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqra­mı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamından irəli gələn məsələlərin icrası Tovuzda uğur­la həyata keçirilir.

Bu il rayonda baramaçılıq ilə məşğul olan 55 kümçüyə ümu­milikdə 170 qutu tut ipəkqurdu paylanılıb, 6 min 800 kiloqram yaş baramanın tədarük olunması planlaşdırılıb.

Bir neçə gün əvvəl başlanan yaş baramanın təhvil verilməsi prosesində RİH-nin başçısı da iştirak edib. Kümçülərdən indiyə kimi götürülən məhsulun həcmi artıq 6 min kiloqrama yaxınlaşır. Məhsulun keyfiyyəti də yüksəkdir. Son illər bu işlə həvəslə məş­ğul olan kümçülər deyiblər ki, həm ipəkqurdunun paylanılması, həm də istehsal və təhvil proseslərində yaradılan şəraitdən çox razıdırlar. Göstərilən dövlət qayğısına görə, ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər və nəzərdə tutulan məhsulun hamı­sının tadarük olunacağına söz veriblər.

Ağstafanın balığı 

Bu günlərdə Ağstafada su bioresurslarının artırılması və qorunması məqsədi ilə Kür çayına körpə balıqlar buraxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Qarayazı Dövlət Təbiət Qoruğunun Poylu qəsəbəsi ərazisində su bioresurslarının artırılması və qorunması məqsədi ilə Kür ça­yına körpə balıqların buraxılması mərasimi təşkil olunub.

Tədbirdə balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin qarşısının alınması, ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliy­yətinin mənfi təsirindən qorunması kimi mühüm tədbirlərin icra­sından geniş bəhs olunub. Vətəndaşların balıq ehtiyatlarının ar­tımının qarşısını alan hərəkətlərdən qəti şəkildə imtina etməyə çağırılıb.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 







Sosial həyat