Ölkə Prezidentinin fikirləri çağırış kimi dəyərləndirilir

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sosial şəbəkədə  “Müharibələrin Dayandırılması və Ailə Dəyərlərinin Qorunması Yolunda Birgə Yanaşma: İlham Əliyev və Donald Trampın Ortaq Baxışı” başlıqlı paylaşım edib. Paylaşımda deyilir: 

– 2025-ci il iyulun 19-da Xankəndidə keçirilən “Şuşa Qlobal Media Forumu” çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər beynəlxalq informasiya və media mühitində qlobal sabitlik və əxlaqi dəyərlərin qorunması sahəsində mühüm çağırış kimi qiymətləndirildi. 

ABŞ Prezidenti Donald Trampın həmin çıxışdan paylaşım etməsi isə təsadüfi deyil – bu, onların çağdaş çağırışlara münasibətlərindəki ideoloji yaxınlığın və ortaq dəyərlərə əsaslanan siyasi yanaşmalarının bariz nümunəsidir.

Prezident İlham Əliyev çıxışında xüsusilə bu gün dünya miqyasında sülhün qorunması, müharibələrin qarşısının alınması və ailə institutunun təməllərinin sarsıdılmasına qarşı səylərin birləşdirilməsi istiqamətində ciddi mövqe sərgilədi. 

Bu fikirlər Donald Trampın da illərdir müdafiə etdiyi əsas prinsiplərlə tam uyğunluq təşkil edir. Tramp hər iki prezidentliyi dövründəki çıxışlarında daim güclü ailə modelinin qorunmasının lehinə və silahlı qarşıdurmaların əleyhinə çıxış edib, beynəlxalq balansın sülh yolu ilə əldə edilməsinin tərəfdarı olub.

Bu paylaşım həm də göstərir ki, Azərbaycan və (Tramp Administrasiyasında) ABŞ kimi dövlətlər ailə dəyərləri, milli suverenlik və informasiya təhlükəsizliyi sahəsində ortaq mövqedə dayanır.

Dünya dəyişir – informasiya texnologiyaları və süni intellekt əsrində siyasi liderlərin çağırışları sadəcə texnoloji yeniliklərlə ayaqlaşmaq cəhdlərindən ibarət deyildir.Bu ilk növbədə dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi və münaqişələrin qarşısının alınması baxımından daha çox əhəmiyyət kəsb edir. 

Məhz bu səbəbdən ьüharibə və işğala məruz qalaraq, onu öz gücünə aradan qaldırmağı bacaran müstəqil bir ölkənin Prezidenti İlham Əliyevin çağırışları və dünyada söz sahibi olan ABŞ kimi bir fövqəlgüc ölkənin Prezidenti Donald Trampın ona verdiyi dəstək təmsil etdikləri ölkələrin imkanlarına görə müqayisəyə gəlməyən iki ölkə liderinin həmrəyliyi deyil, həm də düzgün yolda olduqlarının təsdiqidir.

Bu həmrəylik göstərir ki, dünya siyasətində yenidən insanı, ailəni və sülhü mərkəzə alan liderlik modeli formalaşır – və bu modelin irəli aparılmasının önündə duran liderlərdən biri heç şübhəsiz Azərbaycan Prezidenti İlham Əliyev, digəri isə ABŞ Prezidenti Donald Trampdır.

Son iki gün ərzində ilk mövbədə müharibələrin dayandırılması və bizim gündəlik fəaliyyət sferamıza dair məsələlərə əhəmiyyətli dəstək göstərdiklərinə və bu barədəki açıqlamalarına görə hər iki Prezidentə dərin təşəkkürümü bildirirəm!

Z.HÜSEYNOVA
XQ

Bu fikirlər Donald Trampın da illərdir müdafiə etdiyi əsas prinsiplərlə tam uyğunluq təşkil edir. Tramp hər iki prezidentliyi dövründəki çıxışlarında daim güclü ailə modelinin qorunmasının lehinə və silahlı qarşıdurmaların əleyhinə çıxış edib, beynəlxalq balansın sülh yolu ilə əldə edilməsinin tərəfdarı olub.



Sosial həyat