Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş toplantı keçirildi.
Ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş video-çarxın nümayişindən sonra YAP Nəsimi rayon təşkilatınn sədri Azər Süleymanov çıxış etdi. O dedi ki, müdrik şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, demokratiya, milli tərəqqi və dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni ideologiyanın əsası qoyuldu. Ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirliməsi nəticəsində bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş Azərbaycanın sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzən, Avropanın etibarlı enerji tərəfdaşına çevrilməsindən söhbət açaraq bütün bunların əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi.
YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ulu öndərin 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlandığını diqqətə çatdırdı. Bildirdi ki, Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycanın, eləcə də ölkəmizin dünyada layiqli yer tutmasının əsasını qoydu.
Sonda partiya sıralarına yeni daxil olmuş Vətən müharibəsi iştirakçılarına üzvlük vəsiqələri təqdim olundu.
“Xalq qəzeti”

