ÜST və Azərbaycanda səhiyyənin müasirləşdirilməsi perspektivləri

post-img

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə Bakıda xəstəxanaların gələcəyi ilə bağlı yüksək səviyyəli regional görüşə evsahibliyi edir. “Məqsədə uyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət və davamlılığın prioritetləşdirilməsi” mövzusuna həsr olunan tədbir ÜST-nin Avropa Regionunda, xüsusən də Şərqi Avropa və Mərkəzi Asiyadakı xəstəxanaların üzləşdiyi başlıca çağırışları müzakirə etmək üçün 200-dən çox hökumət nümayəndəsini, xəstəxanaların tibb işçilərini və tərəfdaşları bir araya gətirib. 

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ÜST-nin Azərbaycandakı Ölkə ofisi ilə birgə həyata keçirdiyi layihə çər­çivəsində dəstəklədiyi üç günlük tədbir­də xəstəxanaların üzləşdiyi çağırışlar və bu sahədə mövcud imkanlar, tibb müəs­sisələri üçün gələcək transformasiya, eko­loji cəhətdən dayanıqlı xəstəxanaların ya­radılması, rəqəmsal transformasiya, insan resurslarının optimallaşdırılması, xəstəxa­nalara effektiv rəhbərlik və idarəetmə, elə­cə də xəstəxana transformasiyasını ilkin səhiyyə yönümlü sistemlərə yönəltmək kimi bir çox mövzular müzakirə olunub.

Səhiyyə naziri Teymur Musayev bey­nəlxalq görüşün müasir dövr üçün mahiy­yəti və məqsədlərinin aktuallığını yüksək qiymətləndirib. O, bu il Azərbaycanda 100 illik yubileyi qeyd edilən ümummilli lider Heydər Əliyevin ölkəmizin ÜST ilə uğurlu əməkdaşlığının əsasını qoyduğunu vur­ğulayıb. Bildirib ki, milli səhiyyəmizin əldə etdiyi nailiyyətlərin əksəriyyəti üçün zəmin məhz ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə şəxsi iştirakı ilə həyata keçirilib.

Teymur Musayev diqqətə çatdırıb ki, son 15 ildə Azərbaycan milli səhiyyə sis­teminin infrastruktur, insan kapitalı və bu sahənin modernləşdirilməsi istiqamətin­də mühüm işlər görülüb. Müasir avadan­lıqlarla təchiz edilmiş 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Peşəkar tibbi kadr potensialının formalaş­dırılması və inkişafında mühüm nailiyyət­lər əldə edilib.

TƏBİB-in icraçı direktoru Vüqar Qur­banov xəstəxanaların mühüm rolundan söz açaraq qeyd edib ki, xəstəxanaların fəaliyyətini dəyişən tələblərə uyğunlaşdır­maq istiqamətində davamlı işlər görülür. Lakin bununla yanaşı, xəstəxana sekto­runda əsas problemlərin aradan qaldı­rılması, idarəetmənin təkmilləşdirilməsi ehtiyaclarını müəyyən etmək də vacibdir. Xəstəxanada davamlı öyrənmə və inno­vasiyanı dəstəkləyən mühitin yaradılma­sı, tibb işçiləri arasında pasiyentə müa­sir qayğı metodlarını aşılamaq, eləcə də xəstəxana işçilərinin sağlamlığını və rifa­hını təmin etmək istiqamətində üzərimizə məsuliyyət düşür. 

ÜST-nin Avropa üzrə Regional Ofisinin Ölkə Səhiyyə Siyasəti və Sistemləri De­partamentinin direktoru Nataşa Azzopardi Muskat hər bir xəstəxananın xüsusi və uni­kal olduğunu diqqətə çatdırıb: “Xəstəxana bizim üçün sadəcə, xidmət göstərilən bina deyil. Xəstəxana aid olduğu cəmiyyətin bir hissəsidir. Bura insanların hər gün gəldiyi iş yeridir. Bura ailələrin yaxınlarının sağa­lacağına, özünü daha yaxşı hiss edəcə­yinə ümid edərək gəldiyi məkandır.

ÜST-nin Azərbaycandakı nümayəndə­si və Ölkə ofisinin rəhbəri Hande Harman­cı isə xəstəxanalar sahəsində transforma­tiv dəyişikliyin əhəmiyyətini vurğulayıb: “Xəstəxanalar səhiyyə sisteminin ayrılmaz tərkib hissəsidir və bizim xəstəxanaların problemlərini həll etməyə yönələn səyləri­miz, habelə inkişaf imkanlarına dəstəyimiz olduqca vacibdir.

Üç gün davam edən tədbirin son günü Azərbaycanın səhiyyə sisteminə həsr olu­nub. Müzakirələrdə əsas diqqət ölkənin bu sahədəki xüsusi ehtiyaclarının müəyyən­ləşdirilməsinə və dəstəyin, həll yollarının göstərilməsində ÜST-nin rolunun müəy­yənləşdirilməsinə yönəldilib.

Üç gün davam edən yüksək səviyyəli regional görüş Avropada xəstəxanaların üzləşdiyi əsas problemlərin həllində irəliyə doğru atılmış mühüm addımdır. Geniş­miqyaslı müzakirələr, uğurlu təcrübələrin bölüşülməsi və həmin praktikadan istifadə vasitəsilə tədbir keyfiyyət, davamlılıq və müasir xəstəxanaların artan tələblərinə və onların ehtiyac duyduğu transformativ dəyişikliyə üstünlük verən strategiyaların və həllərin müəyyənləşdirilməsinə töhfə verəcək.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat