Qarabağ Dirçəliş Fondu biznes qurumları ilə görüş təşkil edib

post-img

İyunun 9-da Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı ilə ölkənin aparıcı biznes qurumları ilə görüş keçirilib.

Tədbirdə Qarabağa investisiya qoyulu­şunun potensialının, perspektivli istiqamət­lərinin təşviqi, potensial investorlardan tək­liflərin toplanması, təhlili və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyə­tinin sədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərin bərpasında ölkənin aparı­cı biznes qurumlarının rolunu xüsusi qeyd edib. Onun sözlərinə görə, bu sahədə biznes qurumlarının əməkdaşlığı və birgə layihələ­rin həyata keçirilməsi bərpa prosesini sürət­ləndirə bilər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbay­can Respublikası Prezidentinin xüsusi nü­mayəndəsinin müavini Bəşir Hacıyev Qara­bağa investisiya qoyuluşunun potensialının, perspektivli istiqamətlərinin təşviqi ətrafın­da çıxış edib.

Qarabağ Dirçəliş Fondunun Fand­reyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova təqdimatla çıxış edərək tədbir iştirakçılarına “Qarabağ Ge­cəsi” xeyriyyə konserti haqqında geniş məlumat verib. Qeyd edib ki, 2023-cü il iyunun 17-də Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilat­çılığı, Azərbaycan Respublikası Mədəniy­yət Nazirliyinin təşkilati dəstəyi, Veysəl-oğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Qarabağ Gecəsi” adlı xeyriyyə konserti ke­çiriləcək. Fikrət Əmirov adına Gəncə Döv­lət Filarmoniyasında baş tutacaq konsertdən əldə ediləcək vəsait Ağdam rayonun ərazi­sində yerləşən Pənahəli xanın İmarət komp­leksinin bərpasına yönəldiləcək.

Son xəbərlər