“Heydər Əliyev və ədəbi irsimiz”

post-img

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Sevinc Dadaşovanın tərtibçiliyi ilə “Heydər Əliyev və ədəbi irsimiz” adlı yeni kitab çapdan çıxıb. Kitab Heydər Əliyev və Azərbaycan ədəbiyyatı mövzusunda məqalələr toplusundan ibarətdir. 

Topluda ulu ön­dərin Azərbaycan ədəbiyyatına olan diqqət və qayğı­sını əks etdirən məqalələr yer alıb. 1999-cu ildən 2022-ci ilə qədər Azərbay­can mətbuatında və internet portal­larında mövzu ilə əlaqədar ölkəmizin tanınmış elm, mədə­niyyət xadimləri və ziyalıları tərəfindən yazılan məqalələr günümüzün tarixin­dən keçmişə doğru sıralanaraq kitab şəklində çap olunub. 

Kitabın tərtibçisi və ön söz müəllifi Sevinc Dadaşova yazır ki, hər xalqın özünə məxsus tarixi qəhrəmanı, xilaskarı, dar gününün pə­nahı olan şəxsiyyətləri olmuşdur. Azərbaycan xalqının da ağır günündə gələcəyə işıq tutan parlaq ulduzu, ulu öndəri Heydər Əliyevdir. 

Yeni nəşrdə Ağsaqqallar Şurasının mərhum sədri Fət­tah Heydərov, akademik İsa Həbibbəyli, akademik Teymur Kərimli, filologiya üzrə elmlər doktoru Elnarə Akimova, jur­nalist İradə Sarıyeva, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, AMEA-nın müxbir üzvü, tənqidçi, publisist, filologiya üzrə elmlər doktoru Tehran Əlişanoğlu, filologiya üzrə elm­lər doktoru Gülbəniz Babaxanlı, jurnalist Allahverdi Eminov və başqalarının elmi-publisistik məqalələri dərc olunmuşdur. Kitabda, həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatı barədə müdrik fikirlərinə geniş yer ayırılıb. Onun dilindən ədəbiyyatımız böyük milli sərvətimiz olaraq dəyər­ləndirilib. 

Kitab 552 səhifədən və ulu öndər barədə maraqlı fo­to-blokdan ibarətdir. Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Akif Əliyevdir. 

Səadət MƏMMƏDOVA, “Xalq qəzeti”

Sosial həyat