“Vətənin nəbzi ilə döyünən ürək”

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vətənin nəbzi ilə döyünən ürək” adlı tədbir keçirilib. 

Tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiya­sı Sədrinin müavini Əli Əhmədov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Xalq rəssamı, akademik Ömər Eldarov, hökumət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları “Heydər Əliyev İli” çərçivəsində mərkəzin təlimçiləri və benefisiarlarının hazırladığı əl işlə­rindən ibarət sərgi, habelə mərkəzdə yaradılmış şəraitlə, peşə-yaradıcılıq otaq və studiyaları ilə tanış olublar.

Tədbirin açılışında çıxış edən Ö.Eldarov ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vətənin nəbzi ilə döyünən ürək” adlı tədbirdə iştirak etdiyinə görə məmnunluğunu ifadə edib və mərkəzdə əlilliyi olan şəxs­lərin və digər həssas qrupların bacarıqlarının inkişaf etdiril­məsi üçün görülən işlərin əhəmiyyətini vurğulayıb.

S.Babayev müasir müstəqil Azərbaycan dövlətinin qu­rucusu olan ümummilli lider Heydər Əliyevin sosial inkişaf strategiyasının nailiyyətlərini, həmin strategiyanın Pre­zident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində sosial sahədə əldə olunan mühüm uğurları diqqətə çatdırıb. 

Bildirilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən şə­hid ailələrinə, əlilliyi olanlara, digər həssas qruplara, onla­rın qabiliyyət və istedadlarının inkişafına daim xüsusi qayğı göstərilib. 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də ulu öndər Hey­dər Əliyevin həssas qrupların yaradıcı potensialının inkişa­fına böyük qayğısının uğurla davam etdirildiyini təcəssüm etdirir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzdə həssas qrupların iste­dad və bacarıqlarının inkişaf etdirilməsi, sosial inteqrasiya­sı məqsədilə aparılan işlər qeyd edilib.

Sonra DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçi və benefisiarlarının ifasında bədii-musiqili hissə təqdim olunub. Mərkəzin zərb alətləri üzrə təlimçisi, “Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov, tar ifaçılığı üzrə təlimçi, Əməkdar artist Şəhriyar İmanov, kamança ifa­çılığı üzrə təlimçi Elnur Mikayılov, piano ifaçılığı üzrə təlimçi Naibə Şahməmmədova, mərkəzin İnklüziv Kamera Orkest­ri (bədii rəhbər və dirijor, professor Məleykə Əhədzadə) və benefisiarları ilə birgə çıxış ediblər. 

Q.QASIMOV, “Xalq qəzeti”

Sosial həyat