Uşaqların dünyası, dünyamızın uşaqları

post-img

Bu gün bayramdır. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Uşaqları sevindirmək, onların üzünü güldürmək, istək və arzularını yerinə yetirmək biz böyüklərin mənəvi borcudur. 

Amma, təəssüf ki, bəzən qayğısız, xoşbəxt gülüşləriylə dünyanın doda­ğında təbəssüm olmağa gələn uşaqlar amansız müharibələrin qurbanı olurlar. Dünyanın bir çox yerlərində alovlanan müharibə ocaqları minlərlə körpənin ölümünə, şikəst və sahibsiz qalmasına səbəb olur. 

Erməni qəsbkarlarının Azərbaycan torpaqlarında ərazi iddiası ilə törətdiklə­ri qətliamlar vaxtilə nə qədər körpəmizi açılmamış qönçə kimi soldurdu. Yüzlər­lə uşaq valideynsiz qaldı, talelərinə istər fiziki, istərsə də mənəvi şikəstlik dam­ğası vuruldu. Dövlətimizin qayğısı yara­larına məlhəm olsa da, bu ağrını daşı­maqdan tam qurtula bilmədilər. Bəzisi ana nəvazişinin, bəzisi ata güvəncinin nə olduğunu unutdu. Əvəzində çadır evlərin bumbuz ögeyliyini yaşadılar. Və beləcə ürəklərində nisgil, gözlərində düşmənə nifrətlə böyüdülər.

Hələ gözünü dünyaya açar-açmaz düşmən gülləsinə tuş gələnlər... Alxan­lıdan olan Zəhranı kimsə unudubmu? Əsla, yox! Azyaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən qətlə yetirilmə­sindən 6 il ötür. 2017-ci il iyulun 4-də minaatanlardan və dəzgahlı qumbara­atanlardan açılan atəş Zəhranın körpə həyatına son qoymuşdu. Həmin vaxt ermənilərin Alxanlıda törətdiyi qanlı ci­nayət dünya ictimaiyyətinin kəskin qına­ğına səbəb olmuşdu. Ermənistanın bu addımı kəskin pislənilmişdi...

Amma bütün bunlar ikiyaşlı Zəhra­nı geri qaytarmadı. Gül kimi körpə açıl­madan soldu. Nə böyüdü, nə uşaqlara qoşulub bağçaya getdi, nə də əli şagird çantasına yetdi.

Bu gün bayram günü olmasına bax­mayaraq, belə ağrılar unudulmur. Hid­dətlə deyirik ki, vaxtsız, özü də düşmən əli ilə olan ölümlərə son qoyulmalıdır. Balalar xoşbəxt yaşamalıdırlar və yaşa­yacaqlar. Bayramları istədikləri məkan­da, istədikləri kimi qeyd edə biləcəklər. Çünki Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaq­larımızı işğaldan azad etməklə yanaşı, ölkədə uşaqların sağlam və xoşbəxt bö­yümələri üçün gözəl şərait də yaradıb.

Heç vaxt qeyd etmədiyin bayramın mübarək, Zəhra bala...

“Xalq qəzeti”



Sosial həyat