Düzgün yazaq, aydın danışaq

post-img

Azərbaycan dilinin gözəlliyi və onun qorunması ilə bağlı sosial şəbəkələrdə vaxtaşırı maraqlı paylaşımlar edilir. Filologiya üzrə fəlsəfə doktoru Aynur Familqızının “Facebook”dakı daha bir paylaşımı diqqətimi cəlb etdi: 

“Dilimizin gözəlliyini harada axtar­malıyıq? Yazılı ədəbi dilimizdə, yox­sa, bəzilərinin yanlış danışıq nitqin­də? Həqiqətləri [həqiqətdər], dişləri [dişdər], mərdliyi [mərtdiy], anlamağı [annamağ] və s. yazıb tələffüz qay­dasına əməl etsək, qanadlı sözünü [qanatdı] kimi tələffüz etsək, tama­milə başqa məna (əlini qanatmaq) ilə qarşılaşacağıq. Yaxud, məşhur bayatımızı yada salaq: 

 

Mən aşiq, daşlı qala, 

Çınqıllı daşlı qala. 

Qorxuram gec gələsən 

Gözlərim yaşlı qala… 

 

Bu bayatıda yuxarıdakı orfoepi­ya prinsipinə əsasən daşlı [daşdı], yaşlı [yaşdı] kimi deyilməlidir. Belə qənaətə gəlinir ki, bu cür deyilsə, ahəngdarlıq pozulur, sanki, misra ədəbilikdən kortəbii, eybəcər bir for­maya düşür. Bu cür anormallıqdan nitqimizi qorumaq üçün yazdığımız kimi də tələffüz etməyimiz lazımdır. Bunu ədəbi dil normaları tələb edir. 

Bu, bizim nitqimizin gözəlliyinə dəlalət edir. Nitqin gözəlliyi məzmun dərinliyi, məntiqi rabitəliklə yanaşı, aydın və dəqiq tələffüzə əsaslanır. Gözəl deyiblər: “dili dolaşıq şəxsin fikri də dolaşıqdır”. Aydın nitq aydın düşüncəyə bağlıdır”. 

 

Təqdim etdi:
M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat