Sənaye parkının inzibati binasında günəş kollektorundan istifadə olunur

post-img

         Ölkə Prezidentinin açılışında iştirak etdiyi “Karvan-L EKO” Sənaye Parkında keçirilən görüşdə dövlət başçısının enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarət olduğu xüsusi qeyd edilmişdir.    2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi və Dövlət Proqramının qəbulunun bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə görüşdə geniş imkanlar yaratdığı vurğulanmışdır. 

         Görüşdə “Karvan-L EKO” Sənaye Parkının rəhbərliyi ilə istixana kompleksinin enerji təchizatında bio yanacaqların və günəş kollektorlarının tətbiqi barədə müzakirələr aparılmış və tövsiyələr verilmişdir.

         “Karvan-L EKO” Sənaye Parkının rəhbərliyi ölkə başçısının bu istiqamətdə apardığı siyasəti daim dəstəklədiyini qeyd edərək, Sənaye Parkının inzibati binasında günəş kollektorundan istifadə edildiyi, gələcəkdə istixana kompleksində də bio yanacaqların və günəş kollektorlarının tətbiqinin diqqətdə saxlanılacağı bildirilmişdir.

         Sonda Sənaye Parkının ərazisində salınmış istixana kompleksinə baxış keçirilmişdir.

 

                         Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri, Ağstafa

 











Sosial həyat