Məktəblilər Heydər Əliyevin yubileyini qeyd etdi

post-img

Mayın 5-də Bakıdakı Mehman və Müşfiq Nəbiyev qardaşları adına 51 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ilik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdən öncə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın dövlət himni səsləndirildi.

Əvvəlcə ulu öndərin həyat və fəa­liyyəti, xalqımızın tərəqqisi uğrunda gördüyü işlər barədə məlumat verildi. Sonra məktəbin şagirdlərinin ifasında Heydər Əliyevə, Vətənə, Qarabağa və Azərbaycana həsr olunmuş şeirlər söy­lədilər, mahnı və rəqs ifa etdilər. 

Ümummilli liderin ömür gün yoldaş, bu günlərdə 100 illik yubileyi qeyd olu­nan akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı. Xalqımızın böyük oğlu­nun Vətən və dövlət quruculuğu yönün­də fəaliyyətini diqqətə çatdıran video-çarxlar, slaydlar nümayiş olundu. 

Məktəbdə eyni zamanda təşkil olu­nan şagirdlərin əl işlərindən ibarət sərgiyə də baxış keçirildi. Sərgidə şa­girdlərin müxtəlif sənət sahələri üzrə ba­carıqları nümayiş etdirilirdi.

Tədbirin sonunda məktəbin direkto­ru Tərlan Bayramova bildirdi ki, 100 illiyi dövlət səviyyəsində qeyd edilən Heydər Əliyevin əziz xatirəsi həmişə qədirbilən xalqımız tərəfindən yüksək tutulacaq. Çünki Heydər Əliyevin ideyaları, onun təməlini qoyduğu müstəqil Azərbaycan hələ bundan sonra neçə yüzilliklər boyu yaşayacaq və inkişaf edəcək. 

 

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”



Sosial həyat