Mətbuat katiblərinin təlimi başa çatıb

post-img

Media Tәhlil Mәrkәzinin (MTM) Heydər Əliyev Mərkəzi, Medianın İnkişafı Agentliyi (MEDİA), ADA Universitetinin dəstəyi və MAS MMC-nin texniki köməkliyi ilə dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil etdiyi üçgünlük master-klas başa çatıb.

MEDİA-dan qəzetimizə verilən xə­bərdə bildirilir ki, 3–5 may tarixlərində ADA Universitetində keçirilən bey­nəlxalq təlimin iştirakçıları müsahibәlәr yolu ilәfәrqli vәpeşəkar müzakirәlәrәqoşulublar. Master-klasın sonunda işti­rakçılara sertifikatlar təqdim olunub. 

Sertifikatların təqdimetmə mərasi­mində Azərbaycan Respublikası Pre­zidentinin köməkçisi – Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Media Təhlil Mərkəzinin baş direktoru Vüqar Xəlilov və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.

Xatırladaq ki, Media Tәhlil Mәrkәzi yerli media nümayәndәlәrinin, xüsusilәdәmәtbuat xidmәtlәrinin rәhbәrlәrinin peşәkar bacarıqlarının tәkmillәşdirilmә­sinin vәinkişafının vacibliyini, bu sahә­dәeffektivliyin artırılmasının zәruriliyini nәzәrәalaraq beynәlxalq tәşkilatlarla sıx әmәkdaşlıq edir. 

“Xalq qəzeti”



Sosial həyat