Yaponiyanın əhalisi azalır

post-img

Yaponiya Səhiyyə Nazirliyinin Əhali və Təhlükəsizlik Tədqiqatları İnstitutunun hazırladığı proqnozlara görə, 2070-ci ilədək ölkə əhalisinin sayı 30 faiz azalaraq, 87 milyon nəfərə düşəcək. Məlumatı “İzvestiya.ru” yayıb. 

Məlumata görə, 2070-ci ilədək ölkədə yaşı 65-dən yuxarı olanların sayı 33 milyonu ötərək əhalinin 38 faizini təşkil edəcək ki, bu da sosial təminat xərclərinin kəskin artmasına səbəb olacaq.

İnstitutun proqnozlarına görə, Yaponiyada qadınların doğum əm­salının 2070-ci ildə nisbətən artaraq 1,33-ə çatmaq ehtimalına baxmaya­raq, bu rəqəm əhalinin sayının sabit saxlanılması üçün həlledici hesab edilən əmsaldan (2,07) aşağı olacaq. Yeni doğulanların sayı 2043-cü ildə 700 minə, 2070-ci ildə isə 500 minə düşəcək.

Əsas vergi ödəyicisi olan əməkqa­biliyyətli əhalinin (15-64 yaş) sayında da ciddi azalma olacağı gözlənilir. Proqnozlar əməkqabiliyyətli əhalinin sayının hazırki 75 milyon nəfərdən 2070-ci ilədək 45 milyona enəcəyi­ni göstərir. Həmin vaxta 14 yaşadək olanların sayı təxminən 2 dəfə azala­caq, əhalinin orta yaşı isə 54-ə yük­sələcək.

“Xalq qəzeti”

Sosial həyat