Qonşu ölkələr Sudanı sülhə çağırdı

post-img

Sudan Dövlət Şurasının sədri, general Əbdülfəttah əl-Burhan bəyan edib ki, Afrika Regional Birliyi (İQAD) tərəfindən ölkədəki böhranın nizamlanması ilə bağlı irəli sürülmüş təşəbbüsü bəyənir. Məlumatı “Anadolu” verib.

Sudan ordusundan verilən məlu­mata görə, əl-Burhan təşkilata üzv dövlətlərin başçıları ilə virtual görü­şündə Cənubi Sudanın, Keniyanın və Cibutinin rəhbərlərindən xahiş edib ki, yaranmış münaqişənin nizamlanması üzrə təklif hazırlasınlar. Dünən o, hə­min təklifləri alıb. 

Təkliflərdə hazırda davam edən atəşkəs rejiminin daha 72 saat müddə­tinə uzadılması, eləcə də ölkənin Silah­lı Qüvvələri və qiyamçıların nümayən­dələrinin detalları müzakirə etmək üçün Cənubi Sudanın paytaxtı Cubaya göndərilməsi nəzərdə tutulur.

Əl-Burhan özü də bildirib ki, irəli sürülmüş təşəbbüsü bəyənir. O, eyni zamanda İQAD nümayəndələrinə Su­dandakı vəziyyətin nizamlanması üzrə göstərdikləri səylərə görə təşəkkür edib.

Qeyd edək ki, Sudanın Silahlı Qü­vvələri və Çevik Reaksiya Qüvvələ­ri (xüsusi təyinatlılar) arasında hərbi toqquşma aprelin 15-dən başlayıb. Ölkədə həyata keçirilməsi nəzərdə tu­tulan islahatlar çərçivəsində xüsusi tə­yinatlıların Silahlı Qüvvələrin tərkibinə daxil edilməsi ilə bağlı təklif iki qurum arasında ağır toqquşmalara səbəb olub. 

Ordunun baş komandanı Əbdül­fəttah əl-Burhan Çevik Reaksiya Qü­vvələrini buraxdığını və onun üzvlərini qiyamçı elan etdiyini bildirib. 

Bir neçə gün bundan əvvəl isə ABŞ-ın dövlət katibi Entoni Blinkenin tərəflərlə uzun-uzadı danışıqlar apar­masından sonra ölkədə 72 saat müd­dətinə atəşkəs elan olunması ilə bağlı razılaşma əldə edilib.

Ümumdünya Səhiyyə Təşkilatı isə paytaxt Xartumda və digər şəhərlərdə baş vermiş hərbi toqquşmalar nəticə­sində 459 nəfərin öldüyü və 4 min 72 nəfərin yaralandığı barədə məlumat yayıb. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər