Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılıq

post-img

Dünən Əqli Mülkiyyət Agentliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılıq” mövzusunda konfrans işə başlayıb. Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilmiş tədbirdə ƏMA-nın İdarə Heyətinin sədri Kamran İmanov tədbirin ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsini əlamətdar məqam kimi xarakterizə edib. 

K.İmanov bildirib ki, qa­dınların gözündə ideyanın da həmişə siması var və bu sə­bəbdən bəşər kitabının mün­dəricatı qadınlardır: “Prezident vurğulamışdır ki, “xalqımız çoxəsrlik tarixinin bütün dövr-lərində qadını ülviyyətin tə­cəssümü saymış və ona hər zaman dərin ehtiram göstər­mişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həll-edici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan mil­li-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub sax­lanılmasında onların misil­siz xidmətləri vardır”, - deyə K.İmanov vurğulayıb.

Agentlik sədri qeyd edib ki, ənənəvi mənada “əqli mülkiy­yət” ifadəsini işlədərkən intel­lektual, yaradıcılıq məhsuluna məxsus olan hüquqlardan söh­bət açılır. Lakin əqli mülkiyyə­tin (ƏM) anlayışı və onun dərk edilməsi yenilənir. Çünki bu institutun fəaliyyət dövriyyəsi ənənəvi kontekstdən fərqli ola­raq müasir zamanda yeni çağı­rışlarla rastlaşır. Bunun səbəbi isə, ilk növbədə, cəmiyyətimi­zin əhəmiyyətli texnoloji dəyi­şikliklərlə üz-üzə gəlməsidir, 

Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən və yeniliklərin tətbiqi istiqamətin­dəki təcrübəsindən, o cüm­lədən nəzəri məsələlərdən geniş bəhs edən K.İmanov vurğulayıb ki, Avrasiya ölkələri içərisində ilk olaraq ölkəmizdə rəqəmsal üçölçülü (3D) ob­yektlər üzrə iddia sənədlərinin qəbuluna başlanılıb. Bununla əlaqədar agentlikdə prosesə nəzarət edəcək mütəxəssislər müəyyən edilib və zəruri texni­ki işlər görülüb.

“Əqli mülkiyyət ilə bağlı siyasətdə təəssüflər olsun ki, qadınlar kişilərlə müqayisədə hələlik geridədirlər və bu fərq tezliklə aradan qaldırılmalıdır. Bu, yalnız mənəvi borc deyil, bugünkü rəqəmli dünyanın inkişafının mütləq şərtidir”, - deyə Kamran İmanov qeyd edib.

Toplantıda dövlətimizin başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respub­likasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategi­yası”nda Əqli Mülkiyyət Agent­liyinin qarşısında duran vacib vəzifələr açıqlanıb. Qadınların istənilən millətin insan resurs­larının əhəmiyyətli hissəsi ol­duğu vurğulanıb. Bildirilib ki, gender asimmetriyasının azal­dılması qadının rolunu ədalətli səviyyəyə qaldırmaqla yanaşı, iqtisadi inkişafa da səbəb olur.

Konfransın açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələlə­ri komitəsinin sədri Hicran Hüseynova, mədəniyyət na­ziri Adil Kərimli çıxış edib­lər. Çıxışlarda Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti yüksək qiymətləndirilib, keçirilən kon­fransın mövzusunun aktuallığı vurğulanıb.

Daha sonra Əqli Mülkiyyət Agentliyinin Müəllif hüquqları­nın qeydiyyatı və hüquq eks­pertizasi şöbəsinin müdiri Na­dirə Bədəlbəyli “Qadın və əqli mülkiyyət: qadın yazıçı, şair və bəstəkar” mövzusunda mə­ruzə ilə çıxış edib.

Fidan HÜQUQQIZI,
“Xalq qəzeti”

Sosial həyat