Göygöldə ictimai sorğu yeni hədəfləri aşkar edib

post-img

Göygöl rayon sakinləri arasında keçirilən məmnunluq sorğusu böyük maraqla qarşılanmışdır.

Rayon icra hakimiyyətinin təşəbbü­sü ilə təşkil olunan bu tədbirin məqsədi sakinlər arasında icra qurumu və onun strukturlarının fəaliyyətini qiymətlən­dirmək, elektron xidmətlərdən istifadə, həmçinin turizm potensialının inkişafı və sair sahələr üzrə fikir və təkliflərin öyrə­nilməsi olmuşdur.

Göygöl şəhəri, Balçılı, Toğanalı, Yeni Zod, Sarısu, Topalhəsənli, Şəhri­yar, Dozular kənd və Göygöl Milli Park ərazisində “ASAN Könüllülər” təşkilatı, YAP Gənclər təşkilatı, Göygöl Gənclər Evi və Aqrar inkişaf könüllülərinin dəstə­yi ilə keçirilən sorğuda 300-dən çox vətəndaş iştirak etmişdir.

Sorğunun nəticələrinə əsasən, sakin­lər böyük fəallıq göstərərək yeni turizm subyektlərinin formalaşdırılması, aqrar sahədə olan su probleminin aradan qal­dırılması, internetin sürətinin artırılması, qazlaşdırılmamış ərazilərə qaz xəttinin çəkilməsi, yeni yaşayış massivlərində yolların asfaltlanması və sair məsələlərlə bağlı təkliflər irəli sürmüşlər.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin müxbiri

Sosial həyat