İcmayönümlü səhiyyə xidməti ilə bağlı seminar

post-img

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) milli səhiyyə tərəfdaşları ilə birgə beşgünlük seminar təşkil edib. Seminarın məqsədi Bakı şəhərinin 300 minə yaxın əhalisi olan Nəsimi rayonunda kiçik miqyaslı icmayönümlü səhiyyə xidmətinin (İYSX) tətbiq olunması planını hazırlamaqdır. İYSX icmanın xüsusiyyətlərini nəzərə almaqla və icma üzvlərinin fəal iştirakı ilə xəstəliklərin qarşısının alınması və sağlam həyat tərzinin təbliği ilə bağlı müxtəlif qurumların əməkdaşlığını nəzərdə tutur. 

Seminarın ilk günündə ölkədə ictimai səhiyyənin inkişafını dəstəkləmək üçün yaradılan “İctimai səhiyyə üzrə potensial qrup” və “İctimai səhiyyə üzrə koordina­siya qrupu” nümayəndələri, yerli səhiy­yə qurumlarının təmsilçiləri, Azərbaycan Tibb Universitetinin ictimai səhiyyə fa­kültəsi və müxtəlif kafedralarının müəl­limləri və ÜST mütəxəssislərindən ibarət 65 nəfərlik iştirakçı qrupu İYSX-nin prin­sip və tətbiq üsulları bərədə məlumatlan­dırılıb. Onlar üç qrupa bölünərək əhalinin sağlamlığı ilə bağlı məlumat toplamaq və ən çox rast gəlinən sağlamlıq problemlə­rini müəyyən etmək üçün rayonun səhiy­yə mərkəzlərinə baş çəkiblər.

Seminarın növbəti günlərində iştirak­çılar səhiyyə mərkəzlərindəki müşahi­dələrindən istifadə edərək və rayon üzrə digər səhiyyə və demoqrafik məlumatları öyrənərək icmanın səciyyələndirilməsi, sağlamlıq problemlərinin prioritetləşdi­rilməsi və ətraflı qiymətləndirilməsi üzə­rində işləyiblər. İşçi qrupları daha sonra rayon üçün ətraflı İYSX planını hazırlaya­caqlar. Plan 2023-cü il iyununda keçirilə­cək birgə iclasda milli səhiyyə qurumları və digər maraqlı tərəflərə təqdim edilə­cək.

Seminar USAID tərəfindən maliy­yələşdirilən və ÜST tərəfindən Azərbay­can Respublikası Səhiyyə Nazirliyi, İcba­ri Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda pandemiyaya cavab təd­birləri” layihəsi çərçivəsində təşkil edil­mişdir. Tədbirin təşkilinə Nəsimi Rayon İcra Hakimiyyəti də dəstək göstərmişdir.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat