“Yollarına gül düzüm…”

post-img

Elə ki, yaz gəldi, Gəncənin yol kənarları da gül-çiçəyə bürünür, şəhər ərazisinə mövsümi güllərin əkini başlanır…

Şəhərin Mənzil-Kommunal Təsər­rüfatı İstehsalat Birliyinin yaşıllaşdır­ma şöbəsi tərəfindən Müseyib Bağırov küçəsindəki körpüdə, hər iki tərəf və mərkəzi ərazilərinə əkilmiş mövsümi güllərə baxırıq. Biri digərindən gözəldir, cəlbedicidir… Şöbənin rəhbəri Elmar Əzizov da həmişəki kimi ərazidədir, iş prosesinə özü nəzarət edir.

– Baxın, bu, petunyadır, bu isə del­finiumdur, o kənarlardakı hanna sortu­dur, hamısını özümüz yetişdirmişik,–deyir.

Qeyd edək ki, bura gəlməzdən əvvəl şöbə işçiləri tərəfindən Heydər Əliyev meydanındakı və Cavadxan küçəsindəki güldanlara primula, kalse­olyariya, sxizantus və marqarita gülləri­nin əkilməsini müşahidə etmişdik.

Bilirsiniz nə maraqlıdır? Gül-çiçək­lərdən daha çox bu sahə işçilərinin hərəkətlərini izləmək. Çiçəklərin başı­na elə dolanırlar ki, sanki ana səhər tezdən övladını məktəbə yola salır, saçlarına sığal çəkir, ehmalca toxu­nur…

… Həmin gün qeyd etdiyimiz əra­zilərdə mövcud yaşıllıqlara, güllərə və dekorativ kol bitkilərinə aqrotexniki qul­luq göstərildi, suvarılması təmin olundu.

Bəli, Gəncənin park və xiyabanla­rına, küçə və prospektlərinə, yaşayış məntəqələrinə gül əkini aksiyası da­vam etdirilir. Bir daha xatirladaq ki, gül və dekorativ kollar MKTİB-nin yaşıllaş­dırma şöbəsinin istixanalarında yerli mütəxəssislər tərəfindən yetişdirilir. 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri





Sosial həyat