Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası yenidən təşkil olunacaq

post-img

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenidən təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin aprelin 11-də keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuşda) qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsi Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenidən təşkili olunması ilə əlaqədar hazırlanıb.

Layihədə nəzərdə tutulan dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsinə səbəb olmaqla yanaşı, həmin orqanların xidməti fəaliyyətinin daha da yaxşılaşdırılması və səmərəliliyinin artırılmasına, qanunla onlara həvalə edilmiş vəzifələrin icrası səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Sənəd səsə qoyularaq təsdiqlənib.

Sosial həyat