Adil Kərimli: Bu gündən mədəniyyət könüllüləri fəaliyyətə başlayıb

post-img

Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün xüsusi işlər görülməkdədir. Teatr sahəsində problemlərin sistemləşdirilməsi istiqamətində bu forumun rolu böyük olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Heydər Əliyeva Mərkəzində keçirilən Teatr Forumunda söyləyib.

Azərbaycan Teatr Forumunun yaddaqalan mədəniyyət hadisəsinə çevriləcəyini söyləyən Adil Kərimov deyib : “Bu gün digər bir önəmli məlumatı sizinlə bölüşmək istəyirəm. Bu gündən etibarən Mədniyyət Nazirliyinin tərkibində mədəniyyət könüllüləri fəaliyyətə başlayıb”.

Qeyd edək ki, hazıda mədəniyyət könüllülərinin sayə 30 nəfərdən ibarətdir.

Mədəniyyət