Tədqiqatçıların miqrendən əziyyət çəkən 200 nəfər üzərində apardıqları araşdırma göstərib ki, onların 90 faizi xəstəliyin ən azı bir səbəbini bilir. Məlum olmuşdur ki, ən çox rast gəlinən faktlar sırasında xəstəliyə emosional stress, parlaq işıqlar, yaxud, işığın yanıb-sönməsi və kəskin qoxular səbəb olur.
Miqreni sinir hüceyrələrinin (neyronların) artan həyəcanı yaradır. Bu, beynin irsi xüsusiyyətidir. Miqrendən əziyyət çəkən insanların neyronları müxtəlif xarici və daxili təsirlərə çox həssasdır. Onlara hormon səviyyələrində dəyişikliklər, stress və paradoksal olaraq stressin həlli, yuxu pozğunluğu (həm az, həm də həddindən artıq yuxu), spirt, işıq parıltıları təsir edə bilər.
Asanlıqla həyəcanlanan sinir hüceyrələrində elektrik aktivliyi dəyişir və miqren hücumunun simptomlarına səbəb olan biokimyəvi pozğunluqlar nəticəsində baş verən tutmalar işə salınır. Miqrenin “təxribatçıları” haqqında onu bilmək lazımdır ki, bəzən tutmanı yaradan kofein elə hücumu da dəf edər.
“Klassik” miqren tətikləyiciləri olan qırmızı şərab, tünd şokolad, stress bütün miqren xəstələrində hücuma səbəb olmur. Kofeinin səbəb ola biləcəyini düşündükdə bir çox miqren xəstələri çay və qəhvəni tamamilə tərk edir və təsadüfən kofeinli içki içdikdən sonra dəhşət içində həb axtarırlar.
Elm sübut edib ki, kofein bəzi insanlarda miqren tutmasına səbəb ola bilər. Belə ki, miqren hücumu zamanı mədə-bağırsaq traktının işi zəifləyir. Qəbul edilən həblər mədədə qalır və bağırsağa ötürülmür. Bəzən isə kofein mədə-bağırsaq hərəkətliliyini artırır və ağrıkəsicilərin sovrulmasına kömək edir.
Miqrenli insanlar adətən hansı qidaların hücumlarını tətiklədiyini görür və onlardan qaçmağa çalışırlar.
Miqren tutmasına səbəb olan qidalara qırmızı şərab, pivə, tünd şokolad, sərt pendirlər, sitrus meyvələri, qoz-fındıq, tərkibində konservantlar olan qidalar və “fast food” daxildir. Aclıq da miqrenlərə səbəb ola bilər. Buna görə də müntəzəm və balanslaşdırılmış şəkildə yemək vacibdir.
Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

