Limon, zəncəfil və sarımsağın faydaları saymaqla bitmir. Bu qidaların birlikdə istifadəsi bəzi xəstəliklərin sağalmasına kömək edir. Zəncəfil, limon və sarımsaq qarışımı sağlam həyat sürmək istəyənlər üçün çox faydalıdır. Bu birləşmə maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamağa da kömək edir. İnsanı uzun müddət tox saxlayır.
Hər kəs pəhriz siyahısında onu ilk sıraya yaza bilər. Qarışım, həmçinin mədə və bağırsaqların sağlamlığını qorumağa kömək edir, şişkinlik problemlərini aradan qaldırır, immunitet sistemini gücləndirir, ağız və diş sağlamlığını qoruyur, qan şəkərini normada saxlayır, stressi azaldır, qışda yaranan xəstəliklərə qarşı müsbət təsir göstərir və öskürəyi kəsir.
Məlhəmi hazırlamaq üçün 5 böyük limon, 5–6 diş sarımsaq, 2–3 santimetr zəncəfil, 2 litr qaynar su, 1 çay qaşığı bal lazımdır.
Hazırlanması:
Limonların suyu sıxılır. Sarımsaq və zəncəfil əzilir. Sonra limon suyu, sarımsaq və zəncəfil bir qabda qarışdırılır.
Qazana iki litr su tökülür, sıxılmış limonun qabığı və cecəsi qaynamağa qoyulur.
Su qaynayanda qazana limon suyu, sarımsaq və zəncəfilli birləşmə əlavə edilir. 10 dəqiqə qaynadıqdan sonra qazanın qapağı bağlanır və soyudulur.
Bu qarışımı səhər və ya axşam acqarına içmək lazımdır. Bir ay ardıcıl istifadə ediləndə çəki itkisinə böyük təsir göstərir.
Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

