Bu günə olan hava proqnozu

post-img

Aprelin 11-də

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olaca­ğı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Gecə 8-11°, gündüz 16-20° isti olacaq. At­mosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözləni­lir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq rayonlarda qar ya­ğacağı ehtimalı var. Axşama doğru yağıntı­lar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyiəsəcək, arabir güclənəcək. Gecə 5-10°, gündüz 16-21° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, qar yağacağı ehti­malı var. Axşama doğru yağıntılar tədricən kə­siləcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 1-6°, gündüz 7-12° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbə­cər, Qubadlı, Laçın, Zəngilan rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehti­malı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 1-6°, gündüz 6-11° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözləni­lir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 5-9°, gün­düz 16-21° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şa­maxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlə­nilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 4-8°, gündüz 14-19° isti, dağlarda gecə 2° şax­tadan 3°-dək isti, gündüz 3-6° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Sal­yan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 6-10°, gündüz 17-22° isti ola­caq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə az çis­kinli olacağı ehtimalı var. Bəzi yerlərdə du­man olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 8-11°, gündüz 15-20°, dağlarda gecə 5-7°, gündüz 10-15° isti olacaq.

 

Ekologiya