Sevginin gözü kordur…

post-img

Bu deyimi hər zaman eşitmişik – sevginin gözü kordur və yanında hər zaman dəlilik var… Bəs siz necə, bu deyimlə razısınızmı? Sevən niyə kordur? Gəlin araşdıraq…

Günlərin bir günü müxtəlif xarakterə xas ruhlar bir araya gəlir. Xoş söhbət­dən sonra öz aralarında oyun oynamaq qərarına gəlirlər. Biri deyir: “Gəlin “giz­lənqaç” oynayaq”. Onun təklifini qəbul etdilər.

“Dəlilik” ağaca söykənib saymağa başlayır, bir, iki, üç, dörd, beş. “Yaxşı” və “pis” ruhlar yavaş-yavaş gizlənməyə başlayırlar.

“Mərhəmət” Ayın buynuzundan ası­lır, “xəyanət” zibil qutusuna girir, “paxıl­lıq” buludların arasına qarışır, “yalan” daşın arxasında gizlənir, “ehtiras” dün­yanın mərkəzinə qaçır, “xəsis” pul çu­valının içinə girir. “Dəlilik” isə saymağa davam edir: səksən, səksən bir, səksən iki, səksən üç… Bu arada, özünə yer tapa bilməyən bir ruh qalıbmış. O da “sevgi”dir.

“Sevgi” qərarsız idi, çünki onun nə vaxt gizlənəcəyi, hara gedəcəyi bəlli deyildi. “Dəlilik” saymağa davam etsə də, o necə gizləcəyini düşünürdü.

Bu zaman başını ağaca söykəmiş “dəlilik” doxsan səkkiz, doxsan doqquz, yüz dedi. “Sevgi” yerindən sıçrayıb özünü güllərin arasına atanda “dəli­lik” sayıb qurtardı. Arxasını çevirəndə “tənbəlliy”ə baxdı, “tənbəllik” heç yerə getməmişdi. Düz arxasında onu gözlə­yirdi, gizlənmək üçün enerjisi zəif idi və “dəlilik” ilk olaraq onu tapdığını söylədi.

Sonra yavaş-yavaş başqa ruhları axtarmağa başladı. Ayın buynuzundan “mərhəmət”i çıxardı, zibil qutusundan “xəyanət”i, tapdı, o da buludların ara­sındakı “paxıllığ”ın yerini dedi. Beləcə, hamısını bir-bir tapdı. Bircə “sevgi” qal­mışdı.

“Dəlilik” “sevgini” axtarmağa başla­yarkən bir anlıq ümidini itirdi. Tapa bil­mədiyi üçün məyus olaraq oturdu. Elə bu vaxt “paxıllıq” “dəliliy”ə yaxınlaşaraq “sevgi”nin qızılgüllərin arasında gizlən­diyini deyir.

Bundan sevinən “dəlilik” dırmığı əlinə alaraq qızılgülləri əzməyə başla­yır. Bir neçə dəqiqədən sonra ürəkağrı­dan fəryad eşidirlər. Sən demə, “dəlilik” əlindəki dırmıqla “sevgi”nin gözlərini deşib kor edir. O, kədərli halda ağrı­dan fəryad edən “sevgi”nin qolundan tutaraq deyir: “Çox üzr istəyirəm, sənə nə edim ki, məni bağışlayasan? “Sevgi” cavabında ona: “Artıq gecdir, gözlərimi qaytara bilməzsən. Amma mənim üçün bir şey etmək istəyirsənsə, yol-yolda­şım ol”.

Bax, elə o gündən bəri sevgi hə­mişə kordur və yanında isə dəlilik var!..

Səadət RZAYEVA, “Xalq qəzeti”

44

Sosial həyat