Mingəçevirlilər Aprel döyüşlərinin ildönümünü öyünclə qeyd etdilər

post-img

Mingəçevirdə “Aprel döyüşləri: Böyük zəfərin müqəddiməsi” mövzusunda konfrans keçirilib. Iştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzində Aprel döyüşlərini əks etdirən şəkillərlə, şagirdlərinin etdirən əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Mingəçevir şəhər icra hakimiyyəti­nin başçısı İlham İsmayılov konfransı açaraq billdirib ki, 2016-cı il aprel ayının əvvəlində erməni qəsbkarların növbəti təxribatına cavab olaraq silahlı qüvvələ­rimizin apardığı uğurlu əks-hücum əmə­liyyatı ölkəmizin işğal edilmiş ərazilərini hərbi yolla azad etməyə qadir olduğunu bütün dünya göstərdi. Bu döyüşlərdə iş­ğal altında olan 2 min hektaradək ərazi azad edildi. 

DQİDK Yevlax bölgəsi üzrə şöbənin baş məsləhətçisi Əlisa Fərəcov, şəhid Rüstəm Əhmədovun atası Oruc Əh­mədov, Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva, Adil Adilzadənin anası Gülnarə Abdullayeva, YAP şəhər təşki­latının sədri Bəxtiyar Mustafayev, şəhər veteranlar təşkilatının sədr müavini Rizvan Mikayıllı, şəhər Bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlı qeyd edib­lər ki, Aprel döyüşləri tarixə ordumuzun qüdrətinin, qəhrəmanlığının, xalqımızın həmrəyliyinin və öz rəhbəri ətrafında sıx birliyinin təcəssümü kimi yazılıb.

Konfransda bildirilib ki, Aprel döyüş­lərində şəhid olmuş 4 mingəçevirlinin –Teymur Qasımovun, Adil Adilzadənin, Rüstəm Əhmədovun və Rahim Tağıye­in adları şəhərdə əbədiləşdirilmiş, hər birinin adına küçə verilmiş, ikisinin ailəsi mənzillə təmin edilmiş, ikisinin də ailə­sinin mənzilləri yenidən tikilmişdir.

 

İ. MUSAOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

minge.jpg

Sosial həyat