Vətən qurbanının xatirəsi anıldı

post-img

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Cavid Həsənovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xid­mətindən bildirilib ki, çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbər­liyi ilə Azərbaycan Ordusunun qazan­dığı tarixi qələbədən, igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar. Tədbir iştirakçılarına C.Həsənovun ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Şəhidin ailə üzvləri və yaxınları on­lara göstərilən diqqət və qayğıya, elə­cə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə razılıqlarını bil­diriblər.

 

“Xalq qəzeti”

Sosial həyat