“Heydər Əliyev və Nizami Gəncəvi”

post-img

Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi və Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Nizami Gəncəvi Muzeyinin salonunda keçirilən elmi-praktik konfransı giriş sözü ilə açan AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bildirib ki, ulu ön­dər Heydər Əliyev respublikamıza rəh­bərlik etdiyi dövrdə Azərbaycanın müxtəlif əsrlərdə yaşamış klassiklərinin yaradıcılı­ğının dərindən öyrənilməsi və geniş təb­liği məsələlərini milli ictimai şüurun zən­ginləşdirilməsinə təkan verə bilən başlıca amillərdən hesab edib. Ümummilli lider Heydər Əliyev Azərbaycanın tarix və mə­dəniyyətində önəmli şəhər olmuş Gən­cənin, eləcə də onun böyük övladı Şeyx Nizaminin milli varlığımızda tutduğu uca mövqeyi yüksək dəyərləndirib.

AMEA Gəncə Bölməsi Diyarşü­naslıq İnstitutunun Tarix şöbəsinin mü­diri, professor Həsənbala Sadıqovun “Heydər Əliyevin Gəncə şəhərinə ta­rixi səfərləri və Nizami Gəncəvi məq­bərəsi ilə bağlı məsələlər”, bölmə­nin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə dokto­ru Əlimuxtar Muxtarovun “Ulu öndər Heydər Əliyevin Azərbaycan nizamişü­naslığının inkişafında rolu”, Nizami Gən­cəvi Muzeyinin direktoru Elşən Hacıyevin “Heydər Əliyev və Nizami Gəncəvi düha­sı”, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin rəhbəri Xəzangül Hüseyno­vanın “Nizami Gəncəvi yaradıcılığında dünyəvilik” mövzularında çıxışları dinləni­lib. Digər mövzularda da maraqlı çıxışlar olub.

Konfransda dinlənilən mövzular ət­rafında fikir mübadiləsi aparılıb. Əmək­dar mədəniyyət işçisi Bəxtiyar Muradov, Azərbaycan Texnologiya Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Məmmədova və Gəncə Dövlət Universitetinin müəllimi Vüsal İsgəndərov müzakirələrdə çıxış ediblər.

 

Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

7-2.jpg

Sosial həyat