Pediatrımız İPA-da Orta Asiyanı da təmsil edəcək

post-img

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov Hindistanın Qandinaqar şəhərində keçirilən 30-cu Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) konqresində iştirak edib.

Səhiyyəmizin uğuru hesab edilmə­lidir ki, konqresdə Azərbaycan Pediat­riya Cəmiyyəti Beynəlxalq Pediatriya Assosiasiyasının (İPA) üzvlüyünə qəbul olunub. E.Rəhimov, eyni zamanda, İPA-nın ən ali idarəetmə orqanı olan Daimi Komitəyə (Standing Committee) Orta Asiya regionunun təmsilçisi olaraq üzv seçilib.

Qeyd edək ki, 1910-cu ildə yaradıl­mış Beynəlxalq Pediatriya Assosiasi­yasının tərkibinə 149 ölkədən olan 164 pediatrik peşə cəmiyyəti daxildir. 

Uzman həkim Erkin Rəhimov 2001–2003-cü illərdə Azərbaycan Tibb Universitetində oxuyub. Təhsilinə 2003–2007-ci illərdə Türkiyənin İstan­bul Universitetinin Cərrahpaşa tibb fakültəsində ümumi tibb ixtisası üzrə davam edib. 2008–2012-ci illərdə isə uşaq sağlamlığı və xəstəlikləri ixtisası üzrə uzmanlıq təhsili alıb. Hazırda “Me­dikal Plaza” Klinikasında pediatriya-ne­onatologiya və yenidoğulmuşların rea­nimasiyası şöbələrinin müdiridir.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat